“Səsvermənin təşkili metodologiyasını yüksək qiymətləndirirəm”

26 Sentyabr 2016 17:45 (UTC+04:00)

Bu sözləri ölkəmizdə keçirilən referendum prosesini müşahidə edən Böyük Britaniya parlamentinin üzvü David Morris deyib.

Britaniyalı deputat qeyd edib ki, istənilən demokratik proses çox yaxşı qarşılanır. Əminəm ki, səsvermə prosesi demokratik şəraitdə keçəcək. Biz müşahidələrimizi başa çatdırdıqdan sonra fikirlərimizi bildirəcəyik.

Azərtac