Seçki qutusuna 200 avro saldı - Toya atmalı imiş

26 Sentyabr 2016 20:02 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Redondela şəhərində seçicilərdən biri səhvən seçki qutusuna səsvermədən sonra gedəcəyi tədbirdə hədiyyə vermək üçün hazırladığı zərfi salıb.

Bu cür "səs" verəndən sonra seçici məntəqədən 100 km aralıda yerləşən Orense şəhərinə gedib və şənlik sahiblərinə içərisində 200 avro əvəzinə seçki bülleteni olan zərfi hədiyyə verib. Səhvindən burada agah olan seçici polisin müşayiəti ilə məntəqəyə qayıdıb və zərfləri dəyişib.