Ən aktiv və ən passiv seçki dairələri açıqlandı

26 Sentyabr 2016 21:46 (UTC+04:00)

Bu barədə Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin müdiri Fərid Orucov məlumat verib.

Ən aktiv seçki dairəsi 75 saylı Lənkəran-Masallı Seçki Dairəsidir ki, burada 38654 seçicidən 30493-ü səs verib. Bu isə qeyd olunan dairədə 78,89% seçici fəallığı deməkdir.

Ən passiv seçki dairəsi isə 26 Saylı Sabunçu Birinci Seçki Dairəsi olub. Burada 49268 seçicidən yalnız 27442-si səs verib. Beləliklə, bu dairədə 55,70% seçici fəallığı qeydə alınıb.

APA.az