FHN və SOCAR-dan “Günəşli” yatağında baş verən yanğınla bağlı - Məlumat

26 Sentyabr 2016 20:42 (UTC+04:00)

SOCAR-dan AzNews.az-a daxil olan birgə məlumatda qeyd olunur ki, sentyabrın 26-da "Azneft" İB-nin "28 May" adına NQÇİ-nin "Günəşli" yatağının 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən qaz təzahürü meydana çıxıb və açıq fontana çevrilib.

Saat 18:00 radələrində fontanın bağlanması ilə bağlı aparılan işlər zamanı qaz təzahürünün ani alışması nəticəsində yanğın hadisəsi baş verib. Dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri özüldə olan 69 nəfəri "Vixr-5" yanğınsöndürmə gəmisinə təxliyə ediblər. Hazırda aidiyyəti qurumlarla birlikdə açıq fontanın aradan qaldırılması işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.