Londondakı səfirliyimizdə səsvermə başa çatdı

26 Sentyabr 2016 23:28 (UTC+04:00)

Xarici ölkələrdəki diplomatik missiyalarımızın əməkdaşları və onların səsvermə hüququna malik ailə üzvləri, ölkəmizin hüdudlarından kənarda daimi və müvəqqəti yaşayan vətəndaşların ümumxalq səsverməsində iştirakının və seçki hüququnun təmin olunması üçün 38 məntəqə yaradılıb. Böyük Britaniyadakı səfirliyimizdə səsvermədə iştirak edən həmvətənlərimiz öz iradələrini sərbəst şəkildə ifadə etmək üçün yaradılmış şəraitdən məmnunluqlarını ifadə ediblər.

Məntəqə seçki komissiyasında heç bir qanun pozuntusu qeydə alınmayıb.

Azərtac