III Respublika muğam müsabiqəsi keçiriləcək

1 Dekabr 2012 08:21 (UTC+04:00)
2013-cü ilin fevral ayında Bakıda III Respublika Muğam Müsabiqəsi keçiriləcək. Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, müsabiqənin keçirilməsi ilə əlaqədar Misir Mərdanov sərəncam imzalayıb. Müsabiqənin keçirilməsində məqsəd respublika muğam ifaçılarının Beynəlxalq Muğam Festivalında iştirakını təmin etmək və istedadlı muğam ifaçılarını üzə çıxarmaqdır.

Qeyd edək ki, müsabiqə vokal və instrumental musiqi olmaqla iki nominasiya üzrə keçiriləcək.

Bahar Rüstəmli
AzNews.az