Əlillər evində bayram şənliyi keçiriləcək

1 Dekabr 2012 09:16 (UTC+04:00)
3 dekabr - Beynəlxalq Əlillər Günü münasibəti ilə bu gün Saray qəsəbəsində yerləşən 7 saylı əlil uşaqlar üçün internat evində tədbir təşkil olunacaq.

Tədbir Nəsimi rayon MKS-in 3 saylı filialı və H.Sarabski adına Mədəniyyət evinin birgə təşkilatçılığı ilə baş tutacaq. Qeyd edək ki, mərasimdə mədəniyyət evinin nəzdindəki xalq teatrının kollektivinin ifasında tamaşalar nümayiş olunacaq.

Bahar Rüstəmli
AzNews.az