Maşın aşdı - Ana və 2 övladı yaralandı

28 Sentyabr 2016 15:34 (UTC+04:00)

Hadisə bu gün günorta saatlarında rayonunun Beşdam kəndi ərazisində qeydə alınıb. "Kia" markalı maşının aşması nəticəsində 3 nəfər xəsarət alıb. Həmin şəxslər Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Onlar 1965-ci il təvəllüdlü Tağıyeva İlahə Abdulla qızı, onun övladları 1994-cü il təvəllüdlü Atamoğlanov Rzaxan Nadir oğlu və 1992-ci il təvəllüdlü Orxandır.

Hər üç şəxsə qapalı kəllə-beyin travması, döş qəfəsinin və qarının küt travması diaqnozu qoyulub.

Faktla bağlı Siyəzən rayon Polis Şöbəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar aparılır.

APA.az window.print();