Azərbaycan istehsalı olan 7 aviabomba nümayiş olunur

28 Sentyabr 2016 17:21 (UTC+04:00)

Bu barədə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) "ADEX 2016" beynəlxalq müdafiə sərgisindəki stendindən məlumat verilib.

Bildirilib ki, "ADEX 2016" beynəlxalq müdafiə sərgisində Azərbaycan istehsalı olan yeni növ 7 aviabomba nümayiş olunur.

Qeyd olunub ki, sərgidə idarə olunmayan 2 yeni 80 mm-lik aviasiya raketləri də nümayiş etdirilir.

APA.az