Avtomobil aşdı - Yaralananlar var

28 Sentyabr 2016 19:13 (UTC+04:00)

Hadisə Gəncə-Göygöl-Toğanalı avtomobil yolunda qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2106" markalı avtomobilin idarəetməni itirərək dərəyə aşması nəticəsində sərnişin, 1961-ci il təvəllüdlü Vahid Ələsgərov müxtəlif bədən xəsarətləri alıb. O, Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. V. Ələsgərova dərhal tibbi yardım göstərilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

APA.az