ABŞ Rusiya ilə əməkdaşlığı dayandırır

28 Sentyabr 2016 21:12 (UTC+04:00)

Bu barədə "Röyters"in ABŞ Dövlət Departamentinə istinadən yaydığı məlumatda deyilir.

Bildirilir ki, Vaşinqton Suriya üzrə birgə mərkəzin fəaliyyətini dayandırmaq istəyir.

ABŞ dövlət katibi Con Kerri artıq bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrovu məlumatlandırıb.

Dövlət Departamentinin bəyanatında qeyd olunur ki, müvafiq addımlar Rusiya Suriya ordusunun Hələb şəhərinə doğru irəliləməsini dayandırmayacağı halda atılacaq.

APA.az