Yevlaxda maraqlı toy - Video + Foto

29 Sentyabr 2016 02:05 (UTC+04:00)

AzNews.az ARB Aran-a istinadən xəbər verir ki, əslən Salyan rayonundan olan Muxtarov Muxtar və Babayeva Leyla bir neçə ay bundan öncə tanış olublar.

Bəyin anası deyib ki, qızı bəyənərək oğluna məsləhət görüb:

"Qızı mən gördüm və bəyəndim. Sonra da oğluma məsləhət gördüm. Oğlumun da xoşu gəldi və izdivac da baş tutdu".

Bəyin atası isə hələ də baş verənləri təəccüblə qarşılayır:

"Danışmağa söz tapa bilmirəm. Çox həyəcanlıyam".