Sərnişin avtobusu qəza etdi - Bakıda

29 Sentyabr 2016 11:34 (UTC+04:00)

Hadisə Heydər Əliyev Beynəlxalq Aeroportuna gedən yolda, Bakı Olimpiya Stadionunun yaxınlığında qeydə alınıb. Məlumata görə, yüksək sürətlə hərəkət edən avtobus yoldan çıxaraq maneəyə dəyib. Hadisə nəticəsində avtobusa ciddi ziyan dəyib, ön şüşəsi sınıb.

Avtobusda sərnişinlərin olub-olmadığı məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

APA.az