“Playboy”dan qalmaqallı buraxılış - Üz qabığına hicablı qadın çəkildi

29 Sentyabr 2016 12:24 (UTC+04:00)

AzNews.az xəbər verir ki, jurnalın oktyabr buraxılışının üz qabığına hicablı qadın çəkilib.

Fotosu jurnalın əsas səhifəsini "bəzəyən" qadın isə 22 yaşlı amerikalı jurnalist Nur Taquridir. O, Newsy telekanalında aparıcı olaraq çalışır. Uşaqlığından telekanalda çalışmağı arzulayan Nur öz əzmkarlığı sayəsində ABŞ-da kommersiya telekanalında çalışan ilk müsəlman aparıcı olub.

Taquri ilə müsahibə "Renegades" layihəsinin bir hissəsinə çevrilib. Bu layihə arzusuna doğru irəliləyən və streotipləri qıran insanlara həsr olunub.

Aydan