Siirtdə məzarlıq tapılıb

1 Dekabr 2012 14:51 (UTC+04:00)
Türkiyənin Siirt vilayətinin Eruh qəsəbəsi yaxınlığında ötən il başlanan yeni maqistral yolun çəkilişi zamanı ermənilərə aid olduğu ehtimal edilən məzarlıq ortaya çıxıb.

AzNews.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, qazıntılar zamanı 100-ə yaxın məzar aşkarlanıb. Aşkarlanan qəbirlərdəki insan sümükləri Eruh əhalisinin köməkliyi ilə başqa bir qəbiristanlıqda yenidən basdırılıb.

Kayaboğaz kəndinin əhalisinin irəli sürdüyü ehtimallara görə, aşkarlanan məzarlar bir vaxtlar bu ərazidə mövcud olmuş Dərişmiş Erməni Kilsəsinə aid ola bilər. Çünki məzarlıqla kilsə arasında elə də uzun bir məsafə yoxdur. Həm də aşkarlanan məzarlara diqqət yetirdikdə xristianlara aid müxtəlif əşyalara da rast gəlinib.

İnci
AzNews.az