Mədəndə qəza baş verib

2 Dekabr 2012 15:23 (UTC+04:00)
AzNews.az-ın "Sinxua" agentliyinə istinadən verdiyi xəbərə görə, Çinin şimal-şərq əyaləti olan Heyluntszyanın Tsitayxe şəhərindəki "Fujuysyan" kömür mədənində qrunt sularının daşması nəticəsində 16 nəfər yerin altında "blokadaya" düşüb. Hadisə mədəni qrunt sularından təmizləyərkən baş verib. Orada olan 22 nəfərin yalnız 6-sı xilas ola bilib. Qalanları isə hələ də mədəndədir.

Qeyd edək ki, mədən sənayesi Çində ən təhlükəli sahə sayılır. Hər il olkədə fəaliyyət göstərən mədənlərdə minlərlə insan həlak olur. Çox vaxt qəzalar təhlükəsizlik texnikası qaydalarına əməl edilmədiyindən baş verir.

İnci
AzNews.az