Məktəbli başında bıçaqla özünü aptekə çatdıra bilib

2 Dekabr 2012 16:14 (UTC+04:00)
20 yaşlı Zakarpatya sakini məktəblini qətlə yetirməyə cəhddə bulunduğuna görə 7,5 il müddətinə azadlıqdan məhrum edilib.

Bir müddət əvvəl məhkum edilən şəxs sosial şəbəkədə bir qızla tanış olur. İlk görüşə qız 14 yaşlı oğlan dostu ilə gəlib və bu 20 yaşlı tələbənin xoşuna gəlməyib. Bir neçə ay keçdikdən sonra qız 14 yaşlı dostuna müraciət edərək onu dəng edən tanışından qurtarmağı xahiş edib.

Oğlanla münasibətlərini aydınlaşdırmağa gedən qız yenə də görüşə dostu ilə gəlib. Qızı sevən gəncin bu xoşuna gəlməyib və o, "çağrılmamış qonaq"la dalaşaraq onun başından bıçaqlayıb. Uşaq ağır yaralansa da, bıçaq başında özünü yaxınlıqdakı aptekə çatdıra bilir. Həkimlər oğlanın həyatda qalmasını möcüzə kimi dəyərləndirirlər.

İnci
AzNews.az