Gənclər saat qülləsinə toplaşmaq istədi

2 Dekabr 2012 15:45 (UTC+04:00)
Bu gün günün ikinci yarısı Facebook-da bir qrup gənc Dənizkənarı Milli Parkda bir araya gəlmək üçün kampaniyaya başlayıb.
Aznews.az-ın əldə etdiyi məlumata görə, gənclər bulvarda saat qülləsi ətrafında toplaşacaqlarını bildiriblər.

Hadisə yerindən müxbirimizin verdiyi məlumata görə, bir qrup gənc yavaş-yavaş müəyyənləşdirilən yerə gəlsə də, onları Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsinin əməkdaşları qarşılayıblar. Müxbirimizin sözlərinə görə, gənclərdən biri saxlanılaraq 39-cu polis bölməsinə aparılıb.

Bölmənin əməkdaşları müxbirimizə bildiriblər ki, gəncin saxlanılmasına səbəb saat qülləsi altında digər gəncləri öz ətrafına toplaşması olub. Polislərin saxladıqları gəncin azad edilib-edilmədiyi bəlli deyil.

AzNews.az