Şəhərdə 9 cəsəd tapıldı

3 Dekabr 2012 08:55 (UTC+04:00)

Meksikanın şimalındakı Torreon şəhərində 9 cəsəd tapılıb. AzNews.az "France-Presse"ə istinadən xəbər verir ki, cəsədlərdən 7-i parçalara ayrılaraq torbalara yığılmış halda aşkar edilib. Maraqlıdır ki, həmin cəsədlər biznes məqsədi üçün istifadə edilən ofisdə aşkarlanıb. Daha 2 cəsəd şəhərin digər ərazilərində tapılıb.

Onların odli silahdan atəş açılmaqla qətlə yetirildiyi bildirilir. Meksika polisi ölümlərin narkotika ticarəti ilə əlaqəsini araşdırır.

Qeyd edək ki, 2006-cı ildə Meksika prezidenti Filip Kalderon narkoticarətə mübarizə elan edib. İndiyə qədər ölkədə 37 narkobarondan 25-i ya öldürülüb, ya da həbs edilib. Narkobaronların bir-biri ilə hesablaşması isə son 6 ildə 60 min insanın həyatına son qoyub.

Elnarə Əlosmanqızı
AzNews.az