İsmayıl Ömərov Euroviziona nəvəsini göndərdi... - VİDEO

3 Dekabr 2012 11:48 (UTC+04:00)

Azərbaycanı Amsterdamda keçirilən "Junior Evrovision 2012" müsabiqəsində İsmayıl Ömərovun nəvəsi təmsil edib.

"Qafqazinfo" xəbər verir ki, sözgedən yarışmada bu il ölkəmizi Ömər Sultanov və Suada Ələkbərova adlı cütlük təmsil edib. Onların ifa etdiyi "Girls Boys" mahnısı müsabiqədə 11-ci yerə çıxıb. Azərbaycan bu yarışmada ilk dəfə olaraq iştirak edib.

Yarışmada ilə bağlı maraqlı bir informasiya da yayılıb. Bildirilir ki, Azərbaycanı müsabiqədə təmsil edən Ömər Sultanov İctimai Televiziya və Radio Yayımları Şəbəkəsinin dirketoru İsmayıl Ömərovun nəvəsidir.

Bu barədə məlumatı dəqqiləşdirmək üçün "Qafqazinfo" "Evrovision-2012" mahnı müsabiqəsinin ictimai və rabitə əlaqələri üzrə rəhbəri Tahir Məmmədovla əlaqə saxlayib. Lakin T. Məmmədov sualı eşidəndən sonra bu barədə günün ikinci yarısı danışa biləcəyini deyib. Məlumata görə, Ömər Sultanov İsmayıl Ömərovun Ülkər adlı qızının oğludur. Hər halda biz T. Məmmədovun cavabını dərc edə bilərik.



AzNews.az