Milli Dram Teatrı bu ay nə göstərəcək?

3 Dekabr 2012 13:38 (UTC+04:00)
Akademik Milli Dram Teatrı dekabr ayının repertuarını açıqlayıb. Teatr bu ay tamaşaçılarını A.Məsudun "Qatarın altına atılan qadın", V.Hüqonun "Qadın məhəbbəti", Elçinin "Qatil", Teleskop", C.Məmmədquluzadənin "Anamın kitabı", Əfqanın "Oliqrax", H.Mirələmovun "Gəncə qapıları", M.F.Axundzadənin "Sərgüzəşti Vəziri Xan Lənkəran", B.Brextin "Kuray və uşaqları", İ.Əfəndiyevin "Boy çiçəyi", M.Frişin "Don Yuan və həndəsə" tamaşalarına baxmağa dəvət edir.

Bahar Rüstəmli
AzNews.az