EKsanat teatrı Bakıda

3 Dekabr 2012 14:17 (UTC+04:00)
Türkiyənin EKsanat Teatrı Bakıdadır. Teatrın bu səfərdə məqsədi Bakı Uşaq Teatrının Beynəlxalq Əlillər günü ilə əlaqədar olan layihəsini təqdim etməkdir.

Qeyd edək ki, sözügedən layihə dekabrın 4-də təqdim olunacaq. İki ölkə teatrının hazırladığı tamaşa Tatarıstan, Türkmənistan, Özbəkistan, Qazaxıstan və s. türk dövlətlərində nümayiş olunacaq.

Layihənin rəhbərləri EKsanat Mərkəzinin direktoru Erhan Kaya və Bakı Uşaq Teatrının direktoru - bədii rəhbəri İntiqam Soltandır.

Bahar Rüstəmli
AzNews.az