ABŞ Suriyaya girəcək

3 Dekabr 2012 15:02 (UTC+04:00)
Suriyada Bəşər Əsəd rejiminin kimyəvi silahdan istifadə edəcəyi məlumatları ABŞ-da da narahatlığa səbəb olub.

AzNews.az-ın məlumatına görə, ABŞ dövlət katibi Hillari Klinton Çexiyanın paytaxtı Praqada Suriyanın kimyəvi silahdan istifadə edəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
"Bu bizim üçün qırmızı xətdir" deyən Klinton ABŞ-ın belə bir vəziyyətdə Suriyaya müdaxilə edəcəyini bildirib.

Suriya cəhbəxanalarındakı yüzlərlə ballistik raketin kimyəvi silah daşıya biləcəyini də deyən dövlət katibi hələ ki, bu silahlardan istifadə ediləcəyinə dair bir hərəkətlilik aşkarlamadıqlarını da söyləyib.

Tərlan
AzNews.az