Fransa, Britaniya və İsveç İsrail hökumətinə xəbərdarlıq

3 Dekabr 2012 16:30 (UTC+04:00)
Fransa, Böyük Britaniya və İsveçdəki İsrail səfirləri bu ölkələrin Xarici İşlər nazirliklərinə çağırılıb. APA-nın "Haaretz" qəzetinə istinadən verdiyi məlumata görə, adı çəkilən dövlətlər İsrail hökumətinin Fələstin torpaqlarında yəhudi məskənlərinin tikintisinin sürətləndirilməsi və genişləndirilməsi haqda qərarından duyduqları narahatlığı səfirlərin diqqətinə çatdırıblar.

Diplomatlara bildirilib ki, Şərqi Qüds və İordan çayının qərb sahilində yeni tikintilər qəbuledilməzdir.
"Haaretz" diplomatik mənbələrə istinadən xəbər verib ki, İsrail bu planlarından vaz keçməsə, bu ölkəyə qarşı konkret sanksiyalar tətbiq oluna bilər.

AzNews.az