Röyanın “Göndər” mahnısı tam versiyada – VİDEO

3 Dekabr 2012 17:15 (UTC+04:00)
Xəbər verdiyimiz kimi, müğənni Röya Ayxanın Türkiyə mətbuatında oranın şou-biznesinə rəsmən qatılması haqqında məlumatlar yazılmışdı.

AzNews.az-ın məlumatına görə, müğənninin ilk işi "DMC" musiqi etiketiylə hazırlanan "Göndər" adlı mahnıdır. Sözləri və musiqisi Sonər Sarıkabadayıya məxsus olan mahnı "YouTube" saytında da yayımlanıb.

Qeyd edək ki, "Göndər" adlı mahnının akustik versiyasını Mustafa Ceceli, remiks versiyasını isə Kaan Gökman hazırlayıb.



Fuad Mədətov
AzNews.az