17 nəfərlik futbol komandası yoxa çıxdı

3 Dekabr 2012 19:29 (UTC+04:00)
Afrika qitəsindəki Eritreyanın yığma futbol komandası bütünlüklə Uqandada yoxa çıxıb. Ölkə müxalifəti 17 nəfərdən ibarət futbol komandasının başqa ölkədə siyasi sığınacaq almaq istəməsi səbəbindən gizləndiyini iddia edir.

Komanda Şərqi və Mərkəzi Afrika Futbol Assosiasiyalarının təşkil etdiyi turnirdə çıxış etmək üçün Uqandaya yola düşmüşdü. Komanda üzvləri ilə bərabər həkim barədə də heç bir məlumat almaq mümkün olmayıb.
Qeyd edək ki, 2009-cu ildə də Eritreyanın 13 futbolçusu Keniyada məğlub olduqdan sonra müəmmalı şəkildə yoxa çıxmışdı.

BMT-nin məlumatına görə, hər il yüzlərlə insan başqa ölkələrdə sığınacaq almaq üçün Eritreyanı tərk edir. Buna səbəb ölkədəki yoxsulluq və hərbi rejimdir.

Elnarə Əlosmanqızı
AzNews.az