3 balıqçı helikopterə qalxmaqdan niyə imtina etdi?

4 Dekabr 2012 09:30 (UTC+04:00)
Dekabrın 2-də Xəzərdə itkin düşmüş 4 balıqçı xilas edilib. AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Xəzər rayonu, Pirallahı qəsəbəsi ərazisindən balıq tutmaq məqsədilə mühərrikli qayıqla dənizə çıxmış və geri qayıtmamış 4 balıqçının yeri müəyyən olunub. Balıqçılardan biri xilas edilərək FHN-in Aviasiya dəstəsinin helikopterinin göyərtəsinə qaldırılıb.

Digər 3 nəfər helikoperin göyərtəsinə qalxmaqdan imtina edib. Onlar Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə Xidmətinin əməkdaşları tərəfindən xilas edilib, qayıq isə yedəyə alınıb. Məlum olub ki, qayıq yanacaq bitdiyi üçün dənizdə qalıb.

AzNews.az