Atəşkəs bu gecə də pozuldu

4 Dekabr 2012 09:47 (UTC+04:00)
Erməni silahlı bölmələri dünən və bu gecə atəşkəs rejimini yenidən pozub. Bu barədə məlumat Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilib.

Məlumata görə, erməni silahlı qüvvələri Ermənistan Respublikasının Noyemberyan rayonunun Voskepar kəndində, Ağdam rayonunun işğal edilmiş Mərzili kəndi yaxınlığından, Azərbaycan ordusunun Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərini atəşə tutub.
Düşmən cavab atəşi ilə susdurulub.

AzNews.az