Kürdəmirdə bahalı avtomobilləri daşıyan TIR aşdı - EKSKLÜZİV

4 Dekabr 2012 10:12 (UTC+04:00)
Bakı-Qazax yolunun Kürdəmirdən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

AzNews.az-ın məlumatına görə, Azərbaycanda fəaliyyət göstərən şirkətlərdən birinin sifarişi ilə xaricdən avtomobil gətirən "Mercedes-Benz" markalı "Transports Internationaux Routiers" (TIR) aşıb.

Hadisə zamanı TIR-ın üzərində olan 10-a qədər "Volkswagen" markalı son model yeni minik avtomobilləri yararsız vəziyyətə düşüb.

Hazırda hadisə ilə bağlı müvafiq araşdırmalar aparılır.

Vasif Həsənli
AzNews.az