Vitse-spikerdən Ermənistan rəhbərliyinə təklif

4 Dekabr 2012 14:19 (UTC+04:00)
"Əgər Ermənistan Türkiyə ilə sərhədlərinin açılmasını istəyirsə, işğalçılıq siyasətinə son qoymalıdır". Lent.az-ın məlumatına görə, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova Serj Sarkisyanın "Avropa sərhədləri bölüşdürücü xətlər kimi qəbul etmir, lakin Türkiyə hələdə Ermənistanla sərhədlərini bağlı saxlayır" fikrinə münasibət bildirərkən qeyd edib.

Vitse-spiker vurğulayıb ki, rəsmi Ankaranın Ermənistanla sərhədi bağlamasının bir səbəbi var, bu da Ermənistanın 20 ildən çoxdur Azərbaycan torpaqların işğal etməsidir: "Serj Sarkisyanın səsləndirdiyi fikirlərin məntiqi yoxdur. Əgər sərhədlər bölüşdürücü olmasaydı, ümumiyyətlə, dünyada ölkələrin sərhədi olmazdı və bu sərhədlərin bütövlüyünü təmin edən beynəlxalq hüquq prinsiplərinə ehtiyac qalmazdı. Sarkisyan yuxularını aşkarda söyləməyə öyrəşmiş erməni siyasətçisidir".

AzNews.az