Elza Seyidcahan Bakıda BMM-i axtarır

4 Dekabr 2012 14:21 (UTC+04:00)
Əməkdar artist Elza Seyidcahan jurnalistləri 1 saatdan çoxdur ki, gözlətdirir. AzNews.az-ın məlumatına görə, buna səbəb müğənninin ifa etdiyi sözləri Qənirə Paşayeva, musiqisi özünə məxsus olan "Sevgililərin rekviyemi" adlı mahnısına çəkdirdiyi klipin təqdimat mərasiminə gəlməməsidir. Hazırda jurnalistlər BMM-də (Beynəlxalq Mətbuat Mərkəzi) müğənninin gəlişini gözləyirlər.

E.Seyidcahan klip təqdimatına gecikməsinə səbəb BMM-i tanımamasıdır. O, Bakının mərkəzi küçəsində BMM-in binasını soraqlayır.

Qeyd edək ki, "Sevgililərin rekviyemi" mahnısının rejissoru Nailə Əkbərovadır.

Fuad Mədətov
AzNews.az