Sabah Qubada etiraz aksiyası gözlənilir?

4 Dekabr 2012 19:40 (UTC+04:00)


Bu gün saat 12 radələrində 1 mart hadisələrini törətməkdə təqsirli bilinən 6 nəfər Quba rayon sakini Polis Şöbəsinə çağırılıblar. Bu barədə "Bizim Yol" qəzetinə təqsirləndirilən şəxs Bəhruz Qəribovun anası Asiya Qəribova verib.

O bildirib ki, təqsirləndirilən şəxsləri 5 dekabrda Qubada keçiriləcək aksiya ilə bağlı çağırıblar. Onlar həmin gün "Quba hadisələrinə görə ya bütün mitinq iştirakçıları həbs olunsun, ya da təqsirləndirilən şəxslər azad edilsin" şüarı ilə aksiya keçirmək istəyirlər.
Məsələ ilə bağlı Quba rayonundan deputat seçilmiş Vahid Əhmədovla əlaqə saxladıq.

O AzNews.az-a açıqlamasında deyilənlərin doğru olmadığını bildirdi: "Məlumat doğru deyil. Sabaha heç bir etiraz aksiyasının olacağı gözlənilmir".
Quba Rayon İcra Hakimiyyətindən də AzNews.az-a bildirdilər ki, elə bir hadisə planlaşdırılsaydı, rəhbərliyin də xəbəri olardı: "Tam sakitlikdir. Heç bir aksiya gözlənilmir".

İlkin
AzNews.az