Məşvərət Məclisindən istefa

4 Dekabr 2012 16:52 (UTC+04:00)
Azərbaycan Yaşıllar Partiyası Demokratik Qüvvələrin Məşvərət Məclisində (DQMM) fəaliyyətinə son qoyub. Bu barədə AzNews.az-a Partiyanın həmsədri Mayis Güləliyev məlumat verib. M.Güləliyev məsələylə bağlı geniş məlumat verməsə də, bunu Partiyanın idarə heyətinin qərarı ilə əlaqələndirib.

O, bildirib ki, Azərbaycan Yaşıllar Partiyası " Ədalət " və "Vətəndaş və İnkişaf" Partiyası ilə birlikdə yeni siyasi blokun yaradılması ilə əlaqədar olaraq DQMM-da iştirakına son verib.

İlkin
AzNews.az