Xorvatiya prezidenti Azərbaycana gəldi

23 Oktyabr 2016 19:21 (UTC+04:00)

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviçi hava limanında baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.