Maşın maneəyə çırpıldı - Ana öldü, qızı yaralandı

24 Oktyabr 2016 11:32 (UTC+04:00)

Hadisə Bakı-Quba yolunun 110-cu kilometrliyində qeydə alınıb. "Daewoo" markalı maşın yolun kənarında maneəyə çırpılıb. Qəza nəticəsində maşında olan sərnişin - 1965-ci il təvəllüdlü Ağayeva Sevil Ağa qızı dünyasını dəyişib. Onun qızı 17 yaşlı Fatimə isə müxtəlif bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

APA.az