33 yaşlı kişi damarlarını kəsdi - Bakıdakı hoteldə

24 Oktyabr 2016 13:32 (UTC+04:00)

Hadisə Ağa Nemətulla küçəsində yerləşən dördulduzlu "Premier Expo" hotelində qeydə alınıb.

Hotelin hamam otağında 1983-cü il təvəllüdlü Namiq Əliyev qol damarlarını ülgüclə kəsərək intihar etməyə cəhd göstərib.

Çoxlu qan itirən yaralını otağa gəlmiş xadimə aşkar edib.

O, 1 saylı Şəhər Kliniki Tibbi Mərkəzə yerləşdirilib, vəziyyəti orta-ağırdır.

N.Əliyevin intihara cəhd etməsinin səbəbləri araşdırılır.

Report.az