Qatar aşdı – EKSKLÜZİV

4 Dekabr 2012 22:24 (UTC+04:00)


AzNews.az-ın əldə etdiyi məlumata görə, İsveç Krallığının Höteburq şəhərindən qərbdə - Storlien şəhəri istiqamətində gedən sərnişin qatarı relsdən çıxaraq aşıb.

Hadisə yerində olan soydaşımızın verdiyi məlumata görə, qatarda olan 132 sərnişindən yalnız biri xəstəxanaya yerləşdirilib. Qalan sərnişinlər isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Hadisə İsveçin Norveçlə sərhədi yaxınlığındakı məntəqədə baş verib.

İnci
AzNews.az