Bolqarıstanın hərbi nümayəndə heyəti Azərbaycanda səfərdə olub

24 Oktyabr 2016 19:47 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb Bolqarıstan mütəxəssisləri bu ölkənin BULCOD milli kodifikasiya sisteminin imkanları və funksiyaları barədə azərbaycanlı həmkarlarına brifinq təqdim ediblər.

Tədbirdə NATO kodifikasiya sisteminin Bolqarıstan Müdafiə Nazirliyində tətbiqinə, onun faydalarına, eləcə də bu sahədə istifadə olunan rəhbəredici sənədlərin hazırlanmasına dair müzakirələr də aparılıb.