NATO Bakıda təlim kursu keçirir

24 Oktyabr 2016 20:06 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Oktyabrın 28-dək davam edəcək kursun məqsədi böhranlara cavab əməliyyatlarında NATO-nun psixoloji əməliyyatlarının planlaşdırılması, bu sahədə əldə edilən təcrübələrə və istifadə olunan rəhbəredici sənədlərə dair təqdimatların hazırlanması, eləcə də sindikat işlərinin təşkil edilməsidir.