Prezident və Baş nazir “Şahdəniz-2“-ni müzakirə ediblər

24 Oktyabr 2016 20:53 (UTC+04:00)

Bu barədə G.Kvirikaşvilinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər "Cənub" Qaz Dəhlizinin vacib komponentlərindən sayılan "Şahdəniz-2" layihəsinin reallaşması istiqamətində Gürcüstanda işlərin həyata keçirilməsi ilə bağlı müzakirələr aparıblar. 2019-cu ildə istifadəyə verilməsi nəzərdə tutulan layihənin Cənubi Qafqaz ölkələri üçün xüsusi əhəmiyyətindən danışılıb.

Məlumat verilib ki, kəmərin Gürcüstandan keçəcək hissəsinə BP 2 milyard dollar sərmayə qoyacaq və bu boru kəməri Azərbaycandan gələn qazın həcmini daha da artıracaq.

Trend.az