“Qızıl top” üçün ilk beş namizədin adı açıqlandı

24 Oktyabr 2016 22:24 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, amizədlər arasında Kriştiano Ronaldo (Portuqaliya, "Real Madrid"), Qaret Beyl (Uels, "Real Madrid"), Serxio Aquero (Argentina, "Mançester Siti"), Pyer-Emerik Obameyanq (Qabon, "Borussiya") və Canluicu Buffon (İtaliya, "Yuventus") yer alıblar. Daha 25 namizədin adı isə yaxın vaxtlarda açıqlanacaq.

Bu il "Qızıl top" mükafatının qalibi yalnız jurnalistlərin səsverməsinə əsasən məlum olacaq.

Ötən il bu mükafatın sahibi Argentina millisinin və "Barselona" komandasının ulduzu Lionel Messi olub.