Narkoticarətlə məşğul olan polislər tutuldu

5 Dekabr 2012 08:11 (UTC+04:00)
Braziliyada 60 yaxın polis korrupsiya və narkoticarətlə əlaqədə olduğu üçün həbs edilib. Lent.az-ın "BBC"-yə istinadən məlumatına görə, narkotik maddələrin tədarükçüləri də tutulub.

Mənbənin bildirdiyinə əsasən, polislər Rio-de-Janeyrodakı ən iri cinayətkar qrupun, "Qırmızı komanda"nın iştirakçılarını həbs edib. Həbs olunan polislər cinayətkar dəstəyə silah satır, rüşvət verməyənlərə hədə-qorxu gəlib, pul alırmış.

Bu sayaq reydlərin keçirilməsinə səbəb Rio-de-Janeyronu iki böyük idman tədbirinə – 2014-cü il futbo üzrə dünya çempionatı və 2016-cı il yay olimpiada oyunlarınadək cinayətkarlardan təmizləməkdir.

AzNews.az