Roland Kobia: “Hökumət ciddi addımlar atmalıdır”

5 Dekabr 2012 08:55 (UTC+04:00)


"Gələn il Azərbaycanda keçiriləcək prezident seçkilərində Prezident İlham Əliyevin şansları daha böyükdür". Bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia AzNews.az-ın suallarını cavablandırarkən bildirib.

Seçkilərdə iştirak edəcək siyasi partiyaların sayının daha çox olması üçün imkanların yaradılmasının vacibliyini vurğulayan səfir söyləyib ki, Azərbaycanda söz, fikir, vicdan azadlığı və plüralizm meylləri daha da gücləndirilməlidir: "Azərbaycanın demokratiya və insan haqlarının qorunması istiqamətində çalışdığının şahidi olsam da, ölkədə demokratiya və insan hüquqlarının aliliyi istiqamətində ciddi tərəqqi olduğunu görmürəm.

Hesab edirəm ki, Azərbaycan hökuməti bu istiqamətdə ciddi addımlar atmalıdır. Azad seçki, azad mətbuat və sərbəst toplaşmaq azadlığına imkanlar yaradılmalıdır. Bununla bağlı Avropa İttifaqının Azərbaycan hökumətinə müraciətləri də olub".

Vasif Həsənli
AzNews.az