“İsrail sülh istəmir“

5 Dekabr 2012 10:05 (UTC+04:00)
İsrailin məskunlaşma fəaliyyətini davam etdirməsi Təl-Əvivin sülhün bərqərar olmasını istəməməsinin göstəricisidir. Bunu Fələstin Prezidenti Mahmud Abbas bəyan edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Əl-Cəzirə" telekanalı xəbər verib.

Abbas habelə Fələstin daxilində FƏTH və HƏMAS təşkilatları arasında barışığa nail olunmasının vacibliyini də qeyd edib. Prezident bildirib ki, bununla bağlı Fələstin artıq barışığın əldə olunmasına vasitəçilik etməsi üçün Misirlə danışıqlar aparır.

Ötən həftə İsrail hakimiyyəti Qüds, Samariyyə və Yehudada daha üç min yaşayış evinin tikintisinə icazə verib. Bundan başqa Qüdsdə və İordan çayının Qərb sahilində daha min ədəd binanın tikilməsi prosedurunun planlaşdırılmasının davam etdirilməsi qərara alınıb.

AzNews.az