Ərdoğanla bağlı qapılar arxasında danışmaq imkanımız olmur - ABŞ -dan ikinci etiraf

26 Oktyabr 2016 22:57 (UTC+04:00)

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ-ın keçmiş Ankara səfiri Ceyms Ceffreydən sonra ikinci etiraf da Hillari Klintonu dəstəkləyən təaqüddə olan bir diplmatdan gəlib.

O: "Bu günə qədər əməkdaşlıq etdiyimiz bütün dünya liderləri bizə bağlı qapılar arxasından - Mən daxili siyasətin tələbinə görə xalqla belə danışıram. Amma siz bunlara çox da əhəmiyyət verməyin. ABŞ-la biz xarici siyasətin tələbinə uyğun olanları edərik - deyərdi. Bizlər Ərdoğandan bu söhbətin ikinci hissəsini heç vaxt eşidə bilmirik. Yəni xalqa nə deyirsə, xarici siyasəti də ona görə tənzimləyir və beləcə aramızda söhbət etmək imkanı yaranmır" sözlərini ifadə edib.