46 yaşlı kişi dəm qazından zəhərləndi

26 Oktyabr 2016 23:00 (UTC+04:00)

Şəhərin Gülüstan qəsəbəsində yaşayan 1970-ci il təvəllüdlü Niyaməddin Abbasov dəm qazından zəhərlənmə əlaməti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə N. Abbasov yaşadığı evdə olarkən dəm qazından zəhərlənib.

APA.az