“Xankəndi” sənədli filmi təqdim olundu

26 Oktyabr 2016 23:46 (UTC+04:00)


Milli Məclisin deputatı Flora Qasımova açıqlamasında filmlə bağlı təəssüratlarını bölüşüb.

"Bu gün "Yaşam mücadiləsi" filmi nümayiş olundu. 20-25 dəqiqəlik filmdə xankəndlilərlə bağlı məsələlər işıqlandırılmışdı. Filmdə şəhid ailələrinin yaşam tərzi, dövlətin köçkünlərə diqqət və qayğısından bəhs olunurdu. Qısa olsa da təsirli film idi. Filmdən sonra iştirakçılarla birgə geniş müzakirələr apardıq. Hər birimiz inanırıq ki, yaxın zamanlarda torpaqlarımız işğaldan azad ediləcək və bayrağımız Qarabağda, Şuşada, Xankəndində dalğalanacaq"
Qeyd edək ki, "Yaşam Mücadiləsi" sənədli filminin məsləhətçisi millət vəkili Flora Qasımova, ssenari müəllifi və rejissoru Etibar Məmmədovdur.

Modern.az