Məhəllə dedi-qodusuna görə qatil oldu

27 Oktyabr 2016 00:06 (UTC+04:00)

AzNews.az
"Sabah" qəzetinə istinadən xəbər verir ki, gecəni əlində silahla küçədə gözləyən gənc bir müddət sonra evindən çıxan adamdan: "Anamla aranızda bir şey varmı?" deyə soruşub. Cavab ala bilməyincə bir müddət mübahisə aparan gənc əlindəki tüfəngdən adama bir neçə dəfə atəş açıb.

Polislər tərəfindən həbs olunan gənc cinayətini etiraf edərək :" Namusumu təmizlədim. Başqa namussuzluq edən olarsa onu da başından güllələyərəm" deyib.