Elektrik sayğacları yandı

27 Oktyabr 2016 09:04 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsində beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsinin pilləkən qəfəsində quraşdırılmış elektrik lövhəsində 10 ədəd elektrik sayğacı və 8 p.m kabel yanıb.

Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.