Prokurorluqda kadr dəyişiklikləri edildi

5 Dekabr 2012 10:23 (UTC+04:00)
Prokurorluq orqanlarında yeni kadr dəyişiklikləri edilib. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya bildirib ki, baş prokuror Zakir Qaralovun müvafiq əmrləri ilə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin İstintaq şöbəsinin mühüm işlər üzrə böyük müstəntiqi Tariyel Ələkbərov, həmin idarənin Preventiv tədbirlər və təhqiqat şöbəsinin böyük prokuroru Pərvin Quliyev və Bakı şəhəri, Nizami rayon prokurorunun müavini Məmmədəli Rəhmətov tutduqları vəzifədən azad edilərək müvafiq olaraq Saatlı, Neftçala və Şuşa rayon prokuroru vəzifələrinə təyin ediliblər.

AzNews.az